azturkxeber.az
http://azturkxeber.az

Dövlətə və Milli İrsə xəyanət bağışlanmazdır

16-10-2025

Tutduğu vəzifədən, mövqedən asılı olmayaraq heç kimin dövlətimizə qarşı xəyanətkar hərəkəti bağışlanmamalıdır. Ramiz Mehdiyevin törətdiyi əməllər dövlətimizə qarşı böyük bir xəyanətdir. Bu dövlətin müstəqilliyi, azadlığı naminə Ulu öndər Heydər Əliyev bütün həyatını həsr etmişdir və bizə müstəqil Azərbaycan dövlətini miras qoymuşdur. Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda özünü, övladlarını da qurban verməyə hazır olduğunu bildirmişdi. Heydər Əliyev irsini uca tutan, inkişaf etdirən Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini güclü, qüdrətli, dünyada nüfuz, söz sahibi olan bir ölkəyə çevirdi. Minlərlə layiqli Azərbaycan oğulları müstəqilliyimiz, suverenliyimiz uğrunda öz canlarını qurban verərək şəhid oldular. Ramiz Mehdiyev dövlətə xəyanət etməklə Ulu öndər Heydər Əliyevin ruhuna xəyanət etmiş oldu. R. Mehdiyev torpaqlarımızın azadlığı, suverenliyi naminə dünya güclərinin qarşısında məğrur dayanıb, onlara qalib gələrək Azərbaycan xalqını qürurlu xalqa çevirən Prezident cənab İlham Əliyevə, torpaq uğrunda şəhid olmuş insanlara da xəyanət etmişdir və onun bu əməlləri bağışlanmazdır.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031