azturkxeber.az
http://azturkxeber.az

Dövlət Miqrasiya Xidmətinə bu ilin 9 ayında 55 minə yaxın müraciət daxil olub

16-10-2025

Dövlət Miqrasiya Xidmətinə bu ilin 9 ayında 55 minə yaxın müraciət daxil olub

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin 9 ayı ərzində 54 min 681 zəng cavablandırılıb.

Bu barədə xidmətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul edilən zənglərin 16 min 398-i müvəqqəti yaşama icazəsi, 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3 min 818-i vətəndaşlıq məsələləri, 6 min 257-si olduğu yer üzrə qeydiyyat, 3 min 250-si daimi yaşama icazəsi, 6 min 774-ü iş icazəsi, 2 min 252-si inzibati xəta, 15 min 765-i isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi Azərbaycan, rus və ingilis dillərində fasiləsiz fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031