azturkxeber.az
http://azturkxeber.az

Beyin məşqi yaddaş və diqqəti gücləndirir - TƏDQİQAT

16-10-2025

Beyin məşqi yaddaş və diqqəti gücləndirir -  TƏDQİQAT

McGill Universitetinin alimləri beynin öyrənmə və yaddaşla bağlı şəbəkələrini yaxşılaşdıran ilk klinik sınağı həyata keçiriblər.

Araşdırmaya görə, yaşlı insanlar 10 həftə ərzində “BrainHQ” adlı onlayn beyin məşq proqramından istifadə etdikdə, beyində diqqət və yaddaşla əlaqəli xolinergik funksiyalar güclənir. Bu sistem adətən yaşlandıqca zəifləyir.

Tədqiqat “The Neuro” (Monreal Nevroloji İnstitutu-Xəstəxanası) alimləri tərəfindən aparılıb və “J.SIR” jurnalında dərc olunub. Alimlər bildiriblər ki, bu, insanların beynində kimyəvi dəyişiklikləri göstərən ilk qeyri-dərman müdaxiləsidir. Nəticələr beyin məşqinin Alsheymer və demans riskini azaltmağa kömək edə biləcəyini göstərir. Tədqiqatda 65 yaşdan yuxarı 92 sağlam şəxs iştirak edib. Onlar 10 həftə ərzində gündə 30 dəqiqə “BrainHQ” və ya adi kompüter oyunlarından istifadə ediblər. Yalnız “BrainHQ” istifadə edənlərdə beyin fəaliyyətində artım qeydə alınıb.

“Bir çox insanlar oxumaq və ya krossvord həll etməklə beyinlərini qoruduqlarını düşünür, amma bütün fəaliyyətlər həqiqətən neyroplastikliyə təsir etmir”, - deyə qeyd olunub.

Tədqiqatçılar bu nəticələrin gələcəkdə demansla bağlı yeni müalicə üsullarına yol aça biləcəyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031