azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Özbəkistan İpək Yolu irsini Avropada nümayiş etdirir

16-10-2025

Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi birgə İpək Yolu irsinin tanıdılması məqsədilə Avropada silsilə tədbirlərin təşkilinə start verib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, təşəbbüsün məqsədi Avropa turizm sektorunda tərəfdaşlarla əlaqələri daha da möhkəmləndirmək, hər iki ölkənin mədəni, tarixi və təbii turizm imkanlarını tanıtmaq və onları dünyanın mühüm səyahət marşrutlarından biri olan İpək Yolu boyunca yerləşən cəlbedici destinasiyalar olaraq təqdim etməkdir.

İlk olaraq Frankfurt və Vyanada başlayan silsilə tədbirlərdə "Azərbaycan Hava Yolları" QSC və Özbəkistan Hava Yolları da daxil olmaqla, ümumilikdə 16 sənaye tərəfdaşı iştirak edib. Silsilə tədbirlər Avropa turizm sektorunda tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Özbəkistanın Avstriyadakı səfiri Bakhtiyor İbragimov, həmçinin Özbəkistan Turizm Komitəsi və Özbəkistan Milli Təbliğat Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbirlərin davamı oktyabrın 16-dan 24-dək Zürix, Budapeşt, Praqa və Barselona olmaqla, 6 əsas Avropa şəhərində keçiriləcək.

Hər şəhərdə ölkələrin turizm imkanlarının təqdimatı, B2B görüşlərin keçirilməsi və media fəaliyyətlərinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən İpək Yolu irsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031