azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti: Azərbaycanın qlobal arenadakı artan nüfuzu

15-10-2025


Prezident cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl, uzaqgörən, eyni zamanda balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan dünyada sözün əsl mənasında söz və nüfuz sahibinə çevrilmişdir. Qürurverici haldır ki, bu gün Azərbaycan tək regionda deyil qlobal səviyyədə baş verən proseslərdə fəal iştirak edir. Ölkəmizin həm İslam dövlətləri, həm də İsraillə paralel şəkildə müsbət yönümdə münasibətlərini inkişaf etdirməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Yaxın Şərq regionunda müşahidə olunan gərginlik Azərbaycan üçün narahatçılıq doğurur.

Prezident cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sammitinə dəvəti ölkəmizin beynəlxalq, diplomatik və geosiyasi proseslərdə fəal iştirak etməsinin nümunəsidir. Dünya üçün önəmli olan bu platformaya Prezidentimizin dəvət olunması həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Sammit çərçivəsində Fransa Prezidenti Makronun Prezidentimizlə səmimi görüşü və dialoqu diqqət çəkən amillərdən oldu. Fransa bu vaxta qədər Azərbaycanla apardığı düşmənçilik siyasətinin artıq yanlış olduğunu başa düşür və anlayır ki, Azərbaycan dünyada gedən geosiyasi proseslərə təsir gücünə malik bir dövlətdir. Azərbaycan regiona sülh, əmin-amanlıq gətirən digər dövlətlərin də siyasi, iqtisadi cəhətdən inkişaf etməsinə böyük dəstək verən dövlətdir. Eyni zamanda Qərblə Yaxın Şərq arasında siyasi və iqtisadi körpü yaradır. Sammitdə ABŞ Prezidenti cənab Trampın Prezidentimiz haqqında "O, çox güclü bir liderdir, işini çox yaxşı görür" söyləməsi ABŞ-la Azərbaycan arasında sıx, isti münasibətlərin olmasından xəbər verir. Bu həm də onu deməyə əsas verir ki, ABŞ regionda Azərbaycanı özünə ən yaxın strateji tərəfdaş ölkə hesab edir.

Bu gün Avropa dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, dost ölkə hesab edirlər. Müasir dünyada milli təhlükəsizliyə bərabər hesab edilən enerji təhlükəsizliyində də Azərbaycan Avropaya böyük töhfələr verir. Azərbaycanın dünyadakı nüfuzunu artıran amillərdən biri də ölkəmizin hər zaman haqqın, ədalətin, sülhün yaradılmasına xidmət edən siyasət həyata keçirməsidir.

Prezident cənab İlham Əliyevin Misir səfəri ölkəmizin beynəlxalq aləmdə siyasi və diplomatik proseslərdə iştirakının gələcəkdə daha da möhkəmləndirilməsinə təkan verəcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031