azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

15-10-2025

Oktyabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qazaxıstan Xalqları Assambleyasının vilayət mediasiya şurasının və Manqıstau vilayət məclisinin sədri Matayev Janbırbay Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu deyən Hicran Hüseynova qeyd edib ki, hər iki dövlətin liderləri ailə, qadın və uşaq məsələlərinə xüsusi əhəmiyyət verirlər. O, bu il Almatı şəhərində keçirilən ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması mövzularına həsr edilmiş forumda iştirakını xatırlayaraq, tədbirin çox səmərəli keçdiyini söyləyib. Görüşdə belə bir əminlik ifadə olunub ki, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi gələcəkdə bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirəcək.

Öz növbəsində, qonaq Matayev Janbırbay Canibekoviç göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, vurğulayıb ki, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin parlament sədrlərinin səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində daha da möhkəmlənib, yüksək səviyyədə inkişaf edib. Qonaq gələcəkdə bu əməkdaşlığın parlamentlərarası dialoq və qarşılıqlı layihələr vasitəsilə daha da dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputat İlham Məmmədov və Qazaxıstan nümayəndə heyətinin üzvləri çıxış edərək parlamentlərarası münasibətlərin inkişaf perspektivlərini və qarşılıqlı faydalı əməkdaşlıq barədə fikirlərini səsləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031