azturkxeber.az
http://azturkxeber.az

İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

15-10-2025

Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Bu çərçivədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMC tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır. Layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib.

Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031