azturkxeber.az
http://azturkxeber.az

İlham Əliyevin Prezidentliyinin 22-ci İldönümü: Müstəqil Azərbaycanın Yeni Tarixi

15-10-2025

15 oktyabr 2003-cü il — müasir Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün keçirilən prezident seçkilərində İlham Əliyev Azərbaycan xalqının böyük dəstəyi ilə ölkənin yeni Prezidenti seçildi. Bu, həm də ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi, dövlətçiliyin qorunması və inkişaf etdirilməsi üçün yeni mərhələnin başlanğıcı oldu.

Prezident İlham Əliyev fəaliyyətinin ilk günündən xalqın rifahının yüksəldilməsi, Azərbaycanın iqtisadi, hərbi və siyasi gücünün artırılması, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Bu dövrdə ölkədə genişmiqyaslı islahatlar aparıldı, strateji layihələr reallaşdırıldı, sosial rifah yüksəldi, ordu quruculuğu gücləndirildi.

Ən böyük tarixi nailiyyət isə, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ və Şərqi Zəngəzurun (Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının) işğaldan azad olunması oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu rəşadət göstərərək düşməni məğlub etdi və Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bu Zəfər, eyni zamanda, regional reallıqları dəyişdirdi və Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi.

Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda və dünyada söz sahibi olan, milli maraqlarını qətiyyətlə qoruyan, dayanıqlı və güclü bir dövlət kimi tanınır. Son 22 ildə əldə olunan uğurlar göstərir ki, 15 oktyabr 2003-cü il yalnız siyasi lider dəyişikliyi deyil, həm də yeni bir dövrün başlanğıcı idi — inkişaf, güclənmə və milli qürurun yüksəlişi dövrü.

Bu yolun sonunda isə xalqın ən böyük arzusu gerçəkləşdi: Qarabağ Azərbaycandır!

Azturkxeber.az Informasiya Agentliyinin rəhbəri Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031