azturkxeber.az
http://azturkxeber.az

FHN Şuşa şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirib

15-10-2025


Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qarabağ RM-nin nümayəndələri və məktəbin kollektivi iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yüksək sərkərdəlik məharəti, parlaq diplomatik istedadı və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində 2020-ci ildə cəmi 44 gün ərzində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin edilib. Bildirilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin inkişafında, milli təfəkkürün möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Natiqlər vurğulayıblar ki, milli Konstitusiyamızın hazırlanması və qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyada əks olunmuş müddəalar Dahi Rəhbərin mütərəqqi siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti sayəsində tam reallaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031