azturkxeber.az
http://azturkxeber.az

Daxili işlər naziri: Britaniya sərhədlərinə nəzarəti itirib

15-10-2025

Daxili işlər naziri: Britaniya sərhədlərinə nəzarəti itirib

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, ölkənin miqrasiya siyasətindəki uğursuzluqlar ictimai etimadı sarsıdır və dövlətin nüfuzuna zərbə vurur.

Nazir bu fikirləri Londonda Balkan ölkələrinin daxili işlər nazirləri ilə keçirilən sammitdə səsləndirəcək və hökumətin sərhəd nəzarətindəki boşluqların yaratdığı risklər barədə indiyədək ən açıq bəyanatlardan birini verəcək.

Nazirin sözlərinə görə, 2024-cü ildə təkcə Qərbi Balkan marşrutları vasitəsilə 22 minə yaxın insan Avropaya qaçaq yollarla gətirilib, həmçinin bu il 35 min 500 miqrant La-Manş boğazını kiçik qayıqlarla keçib, bu, ötən illə müqayisədə 30 faiz artım deməkdir.

Bu açıqlama hökumətin Reform partiyasının artan populyarlığı fonunda miqrantların hüquqlarını məhdudlaşdırmağa yönəlmiş daha sərt siyasət yürütmək cəhdləri ilə eyni vaxta təsadüf edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031