Britaniyada partiya liderini öldürməklə hədələyən miqrant 5 il müddətinə həbs edilib
Kiçik qayıqla Böyük Britaniyaya gələn Əfqanıstan vətəndaşı Fayaz Xan Reform UK partiyasının lideri Naycel Farajı öldürməklə hədələdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.
26 yaşlı Fayaz Xan “TikTok”da paylaşdığı videoda silah səsini təqlid edərək Naycel Farajı öldürəcəyini deyib. O, Soutvark Kral Məhkəməsində keçirilən məhkəmə prosesi nəticəsində 5 il həbs cəzasına məhkum edilib.
Məhkəmədə bildirilib ki, F.Xan Böyük Britaniyaya qanunsuz şəkildə daxil olduqdan sonra hökumət orqanlarına saxta ad təqdim edib. O, bundan əvvəl İsveçdə 17 cinayətə görə məhkum olunub, bu cinayətlər arasında bıçaq gəzdirmək və hədələyici davranış da var.