azturkxeber.az
http://azturkxeber.az

Britaniyada işləmək istəyən miqrantlar üçün yeni ingilis dili tələbi tətbiq olunacaq

15-10-2025

Britaniyada işləmək istəyən miqrantlar üçün yeni ingilis dili tələbi tətbiq olunacaq

Böyük Britaniya hökuməti immiqrasiya qaydalarını sərtləşdirərək 2026-cı il yanvarın 8-dən etibarən bəzi miqrantlardan B2 səviyyəsində ingilis dili biliyinə sahib olmağı tələb edəcək.

Yeni qaydalar ali təhsil məzunlarına, həmçinin “Skilled Worker” və “Scale-up” vizalarına müraciət edən ixtisaslı işçilərə şamil ediləcək. Hazırda tələb olunan B1 səviyyəsi artıq B2 səviyyəsi ilə əvəzlənəcək.

Xatırladaq ki, “Skilled Worker” vizası üçün müraciət edən şəxslər yalnız hökumət tərəfindən təsdiqlənmiş işəgötürənlərdə işləyə bilər və illik gəlirləri ən azı 41min 700 funt sterlinq və ya iş növü üçün müəyyən edilmiş bazar dəyəri səviyyəsində olmalıdır. Bu dəyişikliklər hökumətin immiqrasiyanın miqyasını azaltmaq və ölkəyə gələnlərin inteqrasiyasını gücləndirmək planının bir hissəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031