azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olunub

15-10-2025

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin direktoru general-mayor Choi Chun-songun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əvvəlcə Şəhidlər xiyabanını ziyarət edən Koreya nümayəndə heyəti şəhidlərimizin məzarları və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Azərbaycan Ordusunun Baş qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-mayor C.Chun-song isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib. Əlaqələrimizin daha da gücləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031