azturkxeber.az
http://azturkxeber.az

AZPROMO “Rebuild Karabakh” sərgisində iştirak edir

15-10-2025

Stenddə yerli məhsullar, ölkəmizin biznes və investisiya imkanları, ixracatçı və investorlara təklif olunan xidmətlər və dəstək mexanizmləri haqqında məlumatlar təqdim olunur.

Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh”) keçirilir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO sözügedən sərgidə stendlə təmsil olunur.

AZPROMO-nun stendində bir sıra yerli şirkətlər öz məhsul və xidmətlərini, o cümlədən tikinti materialları, qoruyucu geyimlər, elektrik avadanlıqları və digər istehsal nümunələrini sərgiləyir. Ziyarətçilərə Azərbaycan şirkətlərinin istehsal potensialını, məhsul keyfiyyətini və ixrac imkanlarını nümayiş etdirən tanıtım videoçarxları və çap materialları təqdim olunur. Stenddə həmçinin işgüzar əlaqələrin qurulması və potensial tərəfdaşlarla danışıqların aparılması üçün xüsusi görüş zonası yaradılıb.

Qeyd edək ki, oktyabr ayının 16-dək davam edəcək “Rebuild Karabakh” sərgisi dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi üçün cəlbedici və səmərəli platforma olmaqla yanaşı, bölgənin inkişafına, infrastrukturunun bərpasına dəstək üçün şirkətlərə geniş imkanlar yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031