azturkxeber.az
http://azturkxeber.az

Araşdırma: Plastikdəki kimyəvi maddələr ürək ritminə təsir göstərir

15-10-2025

Araşdırma: Plastikdəki kimyəvi maddələr ürək ritminə təsir göstərir

Cincinnati Universiteti Tibb Kollecinin yeni araşdırması göstərib ki, plastik və şəxsi qulluq məhsullarında olan “BPA” adlı kimyəvi maddəyə yüksək məruz qalma ürəyin elektrik fəaliyyətində dəyişikliklər yarada bilər.

Tədqiqat 600 nəfər üzərində aparılıb. Sidik analizləri və EKQ nəticələri göstərib ki, bədəndə “BPA” səviyyəsi yüksək olan şəxslərdə ürək ritmində dəyişikliklər müşahidə olunur. “BPA” su butulkaları, yemək qabları, kassa çekləri, gözlük linzaları, uşaq şüşələri və makiyaj məhsullarında tapıla bilər. Mütəxəssislər bu maddələrin gündəlik həyatda geniş yayılmış fenollar qrupuna daxil olduğunu bildirirlər.

Araşdırmanın müəlliflərindən, kardioloq dr. Cek Rubinşteyn bildirib ki, sağlam insanlarda ciddi təsir gözlənilmir, lakin yaşlı və genetik olaraq risk qrupunda olan şəxslərdə bu maddələr ürəyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu, “BPA” kimi kimyəvi maddələrin insan ürəyinin elektrik sistemi ilə əlaqəsini göstərən ilk böyük tədqiqat sayılır. Alimlər növbəti mərhələdə kimlərin daha çox risk altında olduğunu və gündəlik “BPA” məruz qalmasını necə azaltmaq mümkünlüyünü araşdırmağı planlaşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031