ABŞ-da şatdauna son qoymaq üçün keçirilən səsvermə səkkizinci dəfə uğursuz olub
ABŞ Senatında hökuməti maliyyələşdirmək və şatdauna son qoymaq üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə səsvermə səkkizinci dəfə uğursuz olub.
Layihə Demokratlar Partiyasından heç bir yeni dəstək qazana bilmədiyi üçün 60 səslik baryeri keçməyib. Layihənin lehinə 49, əleyhinə 45 senator səs verib, 6 nəfər səs verməkdən imtina edib.
Demokratlar Partiyasının irəli sürdüyü layihə üzrə səsvermə keçirilməyib.
Şatdaun oktyabrın 1-dən qüvvədədir.