azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə xalq artisti Mənsum İbrahimovu yubileyi münasibətilə qəbul edib

14-10-2025

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xanəndə, xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Konservatoriyanın Muğam kafedrasının müdiri “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovla görüşüb.

Səlahiyyətli nümayəndə görkəmli muğam ifaçısını yubileyi münasibətilə təbrik edib, Azərbaycan milli musiqisinin inkişafında və gənc xanəndələrin yetişdirilməsindəki xidmətlərini yüksək qiymətləndirib. Fuad Nəcəfli ustad sənətkarın Naxçıvan Dövlət Universiteti ilə səmərəli əməkdaşlığına da diqqət çəkərək sənətkara fəaliyyətində və gələcək həyatında uğurlar arzulayıb.

Xalq artisti, professor Mənsum İbrahimov səmimi qəbula və sənətinə verilən dəyərə görə təşəkkür edib, Naxçıvanda milli mədəniyyətimizin, musiqi sənətimizin qorunub yaşadılmasına xüsusi diqqətlə yanaşıldığını məmnunluqla ifadə edib.

Səlahiyyətli nümayəndə yubilyara Naxçıvan xalçası hədiyyə edib.

Sonda xatirə fotoları çəkdirib.

Görüşdə Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Azərbaycan Respublikasının Əməkdar artistləri Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova və həmin müsabiqənin laureatı Gülzar Fərəcova da iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031