azturkxeber.az
http://azturkxeber.az

Parlament sədrləri Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar

14-10-2025

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları bu ölkənin Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, burada Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinə, eləcə də nümayəndə heyətlərinin üzvlərinə agentliyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib.

Parlament sədrləri agentliyin işini yüksək qiymətləndirərək bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031