azturkxeber.az
http://azturkxeber.az

Nikahdankənar doğumlarda azalma müşahidə olunur

14-10-2025

Son illərdə nikahdankənar doğulan uşaqların sayı ilə bağlı statistika ailə institutu sahəsində aparılan hüquqi islahatların təsirini və cəmiyyətin bu mövzuya dair sosial davranış modellərini əks etdirən mühüm göstəricilərdən biri hesab olunur.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ildə ölkə üzrə nikahdankənar doğulan uşaqların sayı 15 622 nəfər idisə, 2024-cü ildə bu rəqəm 13 228 nəfər təşkil etmişdir. Bu təhlil nikah münasibətlərinə yanaşmada müsbət tendensiyanın formalaşdığını göstərir. Qeyd edək ki, sözügedən statistikaya 18 yaşadək olan analar tərəfindən dünyaya gətirilən uşaqlar da daxildir.

Müasir dövrdə insanların fərdi seçim azadlığının artması və insanların həyat tərzində baş verən dəyişikliklər nəticəsində nikahdankənar doğum hallarının bir çox ölkələrdə müşahidə olunduğu bir dövrdə Azərbaycanda gedən mövcud azalma tendensiyası təsadüfi xarakter daşımır. Bu ailənin cəmiyyətdəki rolunun möhkəmlənməsi, ailələrin rifahının yaxşılaşdırılması istiqamətində aparılan normativ-hüquqi islahatların, eləcə də dövlət orqanları tərəfindən əhali arasında hüquqi şüurun formalaşdırılması, nikahın hüquqi və sosial üstünlüklərinin təbliği, valideyn məsuliyyətinin gücləndirilməsi, ailə dəyərlərini nüfuzdan salan kənar təsirlərin qarşısının alınması və gənclərə milli-mənəvi dəyərlərin aşılanması ilə bağlı ardıcıl olaraq aparılan fəaliyyətin müsbət təsiri kimi qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031