azturkxeber.az
http://azturkxeber.az

Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub

14-10-2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Dənizkənarı Milli Parkda qardaş ölkənin mətbəx mədəniyyətinin təqdimatı olub.

Tədbirdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, Milli Məclisin deputatları və paytaxt sakinləri iştirak ediblər.

Parkda qurulan və içərisi xalçalarla bəzədilmiş qədim türkmən çadırı tamaşaçıların xüsusi marağına səbəb olub. Qonaqlar çadırın ətrafında qoyulmuş masalarda Türkmənistan mətbəxinin ləziz təamlarını dadıblar.

Ərazidə quraşdırılan böyük səhnədə Türkmənistan incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 15-də Gəncə şəhərində türkmən sənətçilərinin konsert proqramı ilə başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031