azturkxeber.az
http://azturkxeber.az

Bakıda Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub

14-10-2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.

Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində mədəniyyət günlərinin açılışı münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub.

Konserti Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, digər rəsmilər, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, iki ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə gecənin aparıcıları Azərbaycan ilə Türkmənistanı qədim tarix və ortaq mədəni-mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıblar.

İki ölkə liderlərinin müdrik siyasəti nəticəsində qardaş respublikalarımız arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Sonra səhnə qardaş ölkədən gəlmiş incəsənət nümayəndələrinin ixtiyarına verilib.

Türkmənistanın tanınmış ifaçı və kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri, aşıq (baxşı) havaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Proqramda bu il 140 illiyi dövlət səviyyəsində qeyd olunan, bir əsrdən çoxdur əbədiyaşar əsərləri ilə Mərkəzi Asiyanın dost ölkələrində, o cümlədən Türkmənistanda geniş şöhrət qazanmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına da yer verilib.

Konsert qardaş xalqlarımızın birlik və bərabərliyinə sənət töhfəsi kimi qəbul olunub, alqışlarla qarşılanıb.

Bildirək ki, maraqlı proqramı olan Türkmənistan Mədəniyyəti Günləri paytaxtımızla yanaşı, Gəncə şəhərində də davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031