azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı kompleks tədbirlər təşkil olunur

14-10-2025

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, göstərilən texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər göstərilir.

Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılaraq tam təminat normalarına uyğun yerinə yetirilir.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə yerinə yetirilən mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla icra edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031