Yeni mədəniyyətlərarası körpü: "Çıraqqala-Şabran" və "Həzrət Sultan" qoruqları arasında əməkdaşlıq memorandumu imzalanıb
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qazaxıstanın "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum birgə layihələrin həyata keçirilməsi və uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir.
Qoruqlar birgə elmi tədqiqatların aparılması, sərgilərin təşkili, mədəni irsin qorunması və təbliği, mütəxəssislərin ixtisasının artırılması və təcrübə mübadiləsi, qarşılıqlı mədəni dialoqun və diplomatiyanın inkişafı sahəsində əməkdaşlıq edəcək.
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə "Həzrət Sultan" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu birgə əməkdaşlıq çərçivəsində dünyanın aparıcı muzey və qoruqları ilə əlaqələrini daha da inkişaf etdirərək, Azərbaycanın və Qazaxıstanın zəngin mədəni irsini qlobal səviyyədə təbliğ edəcək.