azturkxeber.az
http://azturkxeber.az

Qazax Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

12-10-2025

Qazax Dövlət Dram Teatrında Mirzə Cəlilin "Ölülər" pyesinin motivləri əsasında müsibət janrında hazırlanmış "Tfu" adlı yeni tamaşanın premyerası baş tutub.

Premyera qazaxlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rejissor Abdullanın dekonstruksiya edib Qazax Dövlət Dram Teatrının aktyoru Ceyhun Vəlizadə ilə birlikdə quruluş verdiyi səhnə əsəri Azərbaycan teatrının klassiklərdən hesab edilən "Ölülər"ə yenidən baxışdır.

Tamaşanın quruluşçu rəssamı Aysan Omarova, icraçı rəssam və butaforu Samir Həsənov, musiqi tərtibatçısı isə Şəms Kazımzadədir.

Rolları Əməkdar artistlər Xəzər Gəncəli və Hacı Hacıyev, aktyorlar Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Zəmanə Dərviş, Xaqan Qurbanov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Kamil Məmmədov və Səbinə Yusifova ifa ediblər.

Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət Mərkəzinin rəisi Səbuhi Xasməmmədov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, Sumqayıt Dövlət Dram Teatrının rejissoru Fuad Cavadzadə qonaq qismində tamaşada iştirak edib, yaradıcı heyəti təbrik edərək uğurlar arzulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031