azturkxeber.az
http://azturkxeber.az

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi başlayıb

12-10-2025

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi başlayıb.

“Mənəvi dəyərlər” həftəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbə və müəllim heyəti 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkib, burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər Zəngilan rayonu istiqamətində davam etdirilib, iştirakçılar şəhərdə yerləşən məscidi ziyarət ediblər. Ziyarət zamanı onlara məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və bərpa işləri ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra tələbələr Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olublar.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031