azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Prezidenti: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

12-10-2025

Azərbaycan Prezidenti: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilib.

Bu fikir Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası, eyni zamanda, hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031