Azərbaycan cüdoçuları Perudakı Qran-Prinin ilk günündə 4 medal qazanıblar
Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilən Qran-Pri turnirinin ilk günündə 4 medal qazanıblar.
60 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Əhməd Yusifov gümüş mükafata layiq görülüb.
66 kiloqram çəkidəki təmsilçilərimiz Ruslan Paşayev və Rəşad Yelkiyev üçüncü yeri tutaraq bürünc medala sahib çıxıblar. Qadınların mübarizəsində isə Könül Əliyeva (48 kiloqram) eyni uğuru təkrarlayıb.
Günün yekunlarına əsasən, aktivində 1 gümüş və 3 bürünc medal olan milli komanda ümumi sıralamada 48 ölkə arasında 6-cı pillədə qərarlaşıb.