azturkxeber.az
http://azturkxeber.az

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin nəticələri açıqlanıb

11-10-2025

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin nəticələri açıqlanıb

Baş Dövlət Yol Polisi İdarəsinin elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığın növbəti göstəricisi olan müsabiqənin mükafatlandırma mərasimi Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəsm qalareyasında təşkil edilib.

QHT və media nümayəndələrinin də iştirak etdiyi tədbirdə I yerin qalibi Bakı şəhər 2 nömrəli UGİM-in təmsilçisi Şükufə Zülfüqarova, II yerin qalibi Bakı şəhər 1 nömrəli UGİM-in təmsilçisi Safiya Əliyeva, III yerin qalibi isə Şəki şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Leyla Cabbarlı elan olunub.

Qaliblərə və fəal iştirakçılara müvafiq diplom, təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Bakı şəhər 1 nömrəli UGİM-in “Yol hərəkəti qaydaları” dərnək üzvlərinin mahnı və rəqsləri isə tədbirə xüsusi rəng qatıb.

Məlumata görə, ümumilikdə müsabiqəyə respublikanın 41 təhsil müəssisəsindən 200-dən çox əsər təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031