azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan Şərqşünaslıq İnstitutunun nümayəndələri Azərbaycan Milli Kitabxanasının qonağı olublar

11-10-2025

Oktyabrın 11-də Qazaxıstanın R.B. Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru professor Duken Məsimxanulı və institutun tədqiqatçısı, fəlsəfə üzrə fəlsəfə doktoru Saqınış Amirbekova Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Milli Kitabxanadan bildirilib ki, bu müəssisənin direktoru professor Kərim Tahirov ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın elmi mübadilə baxımından əhəmiyyəti qeyd edilib.

Duken Məsimxanulı rəhbəri olduğu institutun yaradılmasının 30 illiyi və Qazaxıstanda Şərqşünaslıq sahəsinin 70 illiyi ilə bağlı məlumat verib. O, institutun hazırda Qazaxıstan və türk xalqlarının tarixi ilə bağlı geniş tədqiqatlar apardığını, müxtəlif ölkələrdən materialların toplanıldığını diqqətə çatdırıb.

Professor Duken Məsimxanulı Azərbaycan Milli Kitabxanasının zəngin tarixi və elmi irsi ilə seçildiyini vurğulayaraq, iki qurum arasında əməkdaşlıq memorandumu imzalanmasını təklif edib. O, bu sazişin hər iki qurumun alimlərinə qarşılıqlı səfərlər və ortaq elmi tədqiqatlar üçün geniş imkanlar yaradacağını qeyd edib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bu təşəbbüsü müsbət qarşılayaraq, əməkdaşlıq memorandumunun elmi, mədəni əlaqələri daha da gücləndirəcəyini bildirib.

Sonda qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031