Belarusda ordunun döyüş hazırlığı yoxlanılacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ordusunun döyüş hazırlığının təcili yoxlanılması barədə göstəriş verib.
Bu barədə Belarus Müdafiə Nazirliyinə istinadla xəbər verir.
Dövlət başçısının tapşırığına əsasən, hərbçilər bölmələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirirlər.
Bəzi bölmələr müəyyən olunmuş rayonlara çıxacaq və müvafiq göstərişlə nəzərdə tutulan tapşırıqları yerinə yetirəcəklər.
Yoxlamanı Belarusun Təhlükəsizlik Şurasının Dövlət Katibliyi koordinasiya edir.