azturkxeber.az
http://azturkxeber.az

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

11-10-2025

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik komandası “Red Box” Bakıda keçirilən kibermüharibə yarışının qalibi olub.

Yarışma kibertəhlükəsizlik sahəsində regionun ən mühüm platformalarından biri hesab olunan “CIDC 2025” II Kibertəhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Ağıllı şəhərlərdə Kibermüharibə” mövzusuna həsr olunan mübarizədə dövlət və özəl qurumlar, banklar, kritik infrastruktur təmsilçiləri, provayder və operatorlar, həmçinin təhsil müəssisələrindən ümumilikdə 25 kibertəhlükəsizlik komandası iştirak edib. İki gün davam edən yarışmada “AzInTelecom”un “Red Box” komandası yüksək peşəkarlıq və real kibertəhlükə ssenarilərinə çevik reaksiya qabiliyyəti ilə fərqlənərək bütün rəqiblərini geridə qoymağı bacarıb.

“AzInTelecom” bu uğur ilə ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına və peşəkar mütəxəssis hazırlığına verdiyi töhfəni bir daha nümayiş etdirir. Eyni zamanda şirkətin təqdim etdiyi xidmətlərin, xüsusilə bulud və biometriya əsaslı həllərin təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Şirkət gələcəkdə də tərəfdaşlarına kibertəhlükəsizlik istiqamətində innovativ həllər təqdim etməyə və milli kibermüdafiə bacarıqlarının artırılmasına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, “AzInTelecom” MMC 2023-cü ildən etibarən peşəkar mütəxəssislər tərəfindən istifadəçilərin informasiya sistemlərini və məlumatlarını kiberhücumlardan qorumaq məqsədilə kompleks kibertəhlükəsizlik xidmətləri göstərir. 24/7 rejimdə çalışan Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə müştərilərə müntəzəm olaraq təhlükəsizlik təhlilləri, təhdid analizi və uyğunluq qiymətləndirmələri təqdim edilir. 2025-ci ildən bu sahəyə fokusunu daha da artıran şirkət müştərilərin kibertəhlükəsizlik mühitini gücləndirərək, onların fəaliyyətini daha etibarlı hala gətirmək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031