azturkxeber.az
http://azturkxeber.az

AKTA və "Femmes Digitales" arasında Anlaşma Memorandumu imzalanıb

11-10-2025

Bakıda keçirilən "Women in Cyber - Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi ilə "Femmes Digitales" təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu assosiasiyanın icraçı direktoru Rauf Cabbarov ilə "Femmes Digitales"ın təsisçisi və sədri Jana Krımpe imzalayıblar.

Tədbiri "Femmes Digitales – Supporting Women in Tech" İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) təşkil edib və "Critical Infrastructure Defence Challenge 2025" (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilir.

Konfransın əsas tərəfdaşları kimi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və AKTA çıxış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031