azturkxeber.az
http://azturkxeber.az

“Shein” Parisdəki BHV mağazasına gəlişi: həmkarlar ittifaqları tətilə çağırır

10-10-2025

“Shein” Parisdəki BHV mağazasına gəlişi: həmkarlar ittifaqları tətilə çağırır

Parisdə yerləşən məşhur BHV (Bazar de l’Hôtel de Ville) mağazasının işçiləri Çin mənşəli ultra-sürətli moda markası “Shein”ın mağazada yerləşdirilməsinə etiraz olaraq oktyabrın 10-da tətilə çıxmağa çağırılıb. Ticarət ittifaqları bu qərarı cümə axşamı açıqlayıb. Tətil saat 15:00-dan 18:00-a qədər davam edəcək və bununla yanaşı, mətbuat konfransı və etiraz aksiyası da təşkil olunacaq.

Bu qərar CFDT, CFTC, CFE-CGC, CGT və “Sud Solidaires” kimi əsas həmkarlar ittifaqlarının daxil olduğu qrup tərəfindən dəstəklənir. Birgə bəyanatda qeyd olunur ki, “Shein”ın noyabr ayında BHV-nin altıncı mərtəbəsində daimi fəaliyyətə başlaması artıq ciddi çətinliklərlə üzləşmiş bu tarixi mağazanın qısa müddətdə tamamilə bağlanma təhlükəsini artırır. Həmkarlar ittifaqları bildirir ki, BHV-nin durumu 2023-cü ildə “Galeries Lafayette” tərəfindən “Société des Grands Magasins” (SGM) adlı kommersiya şirkətinə satıldıqdan sonra daha da pisləşib. Artıq BHV-də 300-dən çox iş yeri ləğv edilib. Təchizatçılar ödəniş ala bilmədikləri üçün əməkdaşlığı dayandırıblar, mağazanın texniki və gigiyenik vəziyyəti zəifdir və fransız brendləri BHV-ni tərk edir. "Slip Français", "Maison Lejaby" kimi tanınmış yerli brendlər ödəniş gecikmələrinə görə BHV-dən çıxıblar. Bu gecikmələr müvəqqəti və yeni avtomatlaşdırılmış mühasibat sisteminin tətbiqi ilə əlaqələndirib. Lakin vəziyyət daha da gərginləşib - “Shein”la əməkdaşlıq xəbəri yayıldıqdan sonra “Aime”, “Culture Vintage”, “Talm” kimi digər fransız şirkətləri də BHV-ni tərk edib.

“Shein” zərərli istehsal üsulları və çətin əmək şəraiti səbəbi ilə uzun müddətdir tənqid olunur. Bu da onun BHV kimi simvolik bir Paris markası ilə əməkdaşlığını daha da mübahisəli edir. BHV işçiləri və həmkarlar ittifaqları bu tətillə səsli etiraz etməyə və ictimaiyyətin diqqətini mağazanın getdikcə dərinləşən böhranına yönəltməyə ümid edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031