azturkxeber.az
http://azturkxeber.az

Netanyahu Qəzza razılaşması ilə bağlı şərhləri qadağan edib

10-10-2025

Netanyahu Qəzza razılaşması ilə bağlı şərhləri qadağan edib

İsrailin Baş naziri Binyamin Netanyahu hökumət üzvlərinə Qəzza sektorunda atəşkəslə bağlı razılaşma üzrə kütləvi informasiya vasitələrinə şərh verməyi qadağan edib.

İsrailin 14-cü kanalının məlumatına görə, bu qərar əsirlərin geri qaytarılması prosesi başa çatdıqdan sonra qüvvədən düşəcək.

Qeyd edək ki, oktyabrın 10-na keçən gecə İsrail hökuməti bütün girovların azad olunmasını nəzərdə tutan razılaşmanı təsdiqləyib.

Bundan əvvəl, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən danışıqlar nəticəsində HƏMAS hərəkatı ilə İsrail arasında sülh planının birinci mərhələsi üzrə razılığın əldə olunduğunu bəyan edib. Bu mərhələyə yaxın vaxtlarda girovların azad olunması və İsrail ordusunun Qəzza daxilində razılaşdırılmış xəttədək geri çəkilməsi daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031