azturkxeber.az
http://azturkxeber.az

Donald Tramp oktyabrın 12-də Yaxın Şərqə səfər edəcək

10-10-2025

Donald Tramp oktyabrın 12-də Yaxın Şərqə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma və Qəzza sektorunda hərbi əməliyyatların dayandırılması fonunda oktyabrın 12-də Yaxın Şərqə səfər planlaşdırır.

“Reuters” agentliyinin məlumatına görə, Donald Tramp bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, səfərin əsas məqsədi HƏMAS hərəkatı və İsrail arasında əldə olunmuş atəşkəs razılaşması üzrə Misirdə keçiriləcək görüşdə iştirak etməkdir.

ABŞ Prezidenti, həmçinin İsrail parlamentində – Knessetdə çıxış etmək üçün dəvət aldığını və bu təklifi qəbul etdiyini bildirib. İsrailin hakimiyyət orqanları Donald Trampın səfəri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs razılaşması əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031