azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

10-10-2025

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Qonaqların Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa ziyarəti təşkil ediləcək. Sonra onlar Şuşa şəhərinə səfər edəcəklər. Tədbir iştirakçılarının Şuşa şəhərində gəzintisi təşkil ediləcək, ardınca vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olacaqlar. Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031