azturkxeber.az
http://azturkxeber.az

Baş prokurorun müavini: Kadr islahatları prokurorluq orqanları üçün müstəsna əhəmiyyətə malikdir

10-10-2025

Baş prokurorun müavini: Kadr islahatları prokurorluq orqanları üçün müstəsna əhəmiyyətə malikdir

Prokurorluq orqanlarında son illər müasir tələblərə uyğun islahatlar davam etməkdədir və bu, prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir.

Bunu Baş prokurorun müavini, 2-ci dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş sayca 27-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, kadr islahatları prokurorluq orqanları üçün müstəsna əhəmiyyətə malikdir: “Kadr islahatları sistemli şəkildə və strateji ardıcıllıqla həyata keçirilir. Qulluğa qəbulla bağlı müsabiqə bu işdə bizim üçün vacib alət və mühüm mexanizmdir. Bunun təməl prinsipində müasir və yüksək nəzəri biliyə malik, istedadlı Azərbaycan gənclərinin qulluğa qəbulu dayanır. Yalnız yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, geniş dünyagörüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənclər prokurorluq orqanlarında qulluğa qəbul olunurlar", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031