azturkxeber.az
http://azturkxeber.az

YAP və Venesuela Vahid Sosialist Partiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

09-10-2025

 

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında görüş keçirilib.

Partiyadan  bildirilib ki, görüşdə dövlət başçılarının iki ölkə arasında əlaqələrin inkişafına mühüm önəm verdikləri, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, təhsil, gənclər və idman, turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan ilə Venesuelanın qlobal müstəvidə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində işbirliyini diqqət mərkəzində saxlayaraq bir-birinin mənafelərini müdafiə etdikləri, eləcə də ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri vurğulanıb. Ədalətli geosiyasi nizamın tərəfdarı olan hər iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla dünya miqyasında neokolonializmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə apardıqları bildirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Venesuela Vahid Sosialist Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırdığı qeyd olunub, gənclər arasında təmasların sıxlaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031