azturkxeber.az
http://azturkxeber.az

Qablaşdırılmış içməli su və modul tipli su aparatları ilə bağlı monitorinqlər aparılır

09-10-2025

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yerli istehsal müəssisələrinə məxsus 19 litrlik qablaşdırılmada olan içməli sular və yol kənarlarında, binaların həyətlərində quraşdırılmış modul tipli su aparatları ilə bağlı aparılan monitorinq çərçivəsində Qazax-Tovuz regional inzibati ərazi vahidində fəaliyyət göstərən 2 istehsal müəssisəsindən, həmçinin 6 sahibkara məxsus ümumilikdə 10 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Bu barədə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Sınaq nəticələri uyğunsuz olan sahibkarlıq subyektlərində plandankənar yoxlamalar keçirilib və təkrar nümunələr götürülərək müayinələrə cəlb olunub. Su istehsalı müəssisələri və modul tipli su aparatları barəsində toxunulmazlıq qərarı verilib, fəaliyyətləri müvəqqəti dayandırılıb.

Müayinələr nəticəsində müəssisələrdə istehsal edilən suların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanmasa da, modul tipli su aparatlarından götürülmüş nümunələrdə aşkarlanmış uyğunsuzluqla əlaqədar inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031