azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva: !!!! “Reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşılması xüsusi əhəmiyyət kəsb edir”

09-10-2025

“Son zamanlar bir sıra mərkəzlərdə reabilitasiyaya cəlb olunan şəxslərin görüntülərinin sosial şəbəkələrdə və mediada paylaşılması halları müşahidə olunmaqdadır. Bu materialların əsasən reklam məqsədilə ictimaiyyətə təqdim edilməsi nəticə etibarilə həmin insanların məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə uyğun gəlmir. Belə yanaşma həm də reabilitasiya prosesinin əsas məqsədi olan cəmiyyətə sağlam adaptasiyanı çətinləşdirə bilər. Hesab edirik ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi və etik prinsiplərə ciddi riayət olunması zəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031