azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva: “Psixi sağlamlıq məsələləri ilə bağlı qanunvericikdə Ombudsman təsisatına xüsusi rol verilib”

09-10-2025

“Qanunvericilikdə Ombudsman təsisatına psixi sağlamlıq məsələləri ilə bağlı xüsusi rol verilib. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən, psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət edən qurum qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Yəni Ombudsman təsisatı olaraq psixi sağlamlıq müəssisələrindəki vəziyyətin, orada müalicə alan şəxslərin hüquqlarının qorunmasının daimi monitorinqi bizim mandatımıza daxildir. Bu mandat çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun, həmçinin əlilliyi ola şəxslərin hüquqları, uşaq hüquqları, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq qruplarının üzvləri mütəmadi olaraq psixiatriya müəssisələrinə başçəkmələr həyata keçirir, oradakı şərait və rəftarın beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması üçün tövsiyələr verir. Unutmamalıyıq ki, psixiatriya müəssisələrində müalicə alan şəxslər əksər hallarda oradan könüllü şəkildə ayrıla bilmədikləri üçün onların hüquqlarının təmin olunması, pis rəftar və ya laqeydliyin yolverilməzliyi xüsusi əhəmiyyət daşıyır”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031