Ombudsman Səbinə Əliyeva: “Abituriyentlər arasında imtahan prosesi ərəfəsində və sonra intiharların sayı artır”
“Təhlil işi göstərir ki, xüsusilə abituriyentlər arasında imtahan prosesi ərəfəsində və sonra intiharların sayı artır. Burada ailə, cəmiyyət basqısı təəssüf ki, mənfi rolunu oynamaqdadır. Hesab edirik ki, xüsusilə də gənclər arasında intiharların qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, psixoloji dəstəyin əlçatanlığının artırılması və mediada məsuliyyətli yanaşmanın təşviqi, bu istiqamətdə hüquqi və etik çərçivələrə əməl olunması çox vacibdir”.