AQTA: AQTİS dövlət xidmətlərini daha sürətli, şəffaf və effektiv edən universal rəqəmsal platformadır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) barədə məlumat yayıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, AQTİS müasir texnologiyalara əsaslanan innovativ platformadır.
AQTİS ilə sahibkarlar müraciətlərini onlayn təqdim edir, nəticələri isə elektron formada almaq imkanına sahib olur. Bu həm vaxt itkisini azaldır, həm də sənədləşməni sadələşdirərək şəffaflığı təmin edir. Həmçinin bu informasiya sistemi sahibkarlar üçün dövlət xidmətlərini daha sürətli, şəffaf və effektiv edən universal rəqəmsal platformadır.