azturkxeber.az
http://azturkxeber.az

Tələbələr “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsində startaplarını təqdim ediblər

07-10-2025

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi həyata keçirilir. Layihənin məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi ilə süni intellektin istifadəsini təşviq etməkdir.

BDU-dan verilən məlumata görə, layihə çərçivəsində nazirliyin, ali təhsil müəssisələrinin nümayəndələri, akselerasiya və inkubasiya mərkəzlərinin iştirakı ilə startapçılarla görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Qurbanəli Feyzullayev, Ləman İmanzadə, Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Nigar İsgəndərova “AgroScan” adlı layihələrini tədbir iştirakçılarına təqdim edib, onların suallarını cavablandırıblar.

“AgroScan” layihəsi kənd təsərrüfatında bitkilərin sağlamlığı və torpağın vəziyyətinin izlənməsi üçün süni intellekt əsaslı hiperspektral analiz texnologiyasından istifadə edən innovativ sistemdir. Layihə hiperspektral görüntüləri emal edərək su stresi, xəstəlik və məhsuldarlıq göstəricilərini erkən mərhələdə təhlil edir, nəticələr isə mobil tətbiq vasitəsilə fermerə təqdim olunur. Bu həll fermerlərə resurslardan səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və ekoloji baxımdan davamlı kənd təsərrüfatına töhfə verməyə şərait yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031