azturkxeber.az
http://azturkxeber.az

Şərqdə İlk Qızlar Məktəbi: Zeynalabdin Tağıyevin Maarifçilik İrsi

07-10-2025

1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi QızlarMəktəbi fəaliyyətə başladı.

"Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağı ilk qığılcım kimi cəmiyyətimizin maarif və təhsil sahəsində canlanma yaratdı. Bu məktəbin məzunları daha sonra Azərbaycan xalqının həyatında böyük rol oynayıb, onun maarifçiliyinə töhfə verdilər.

Məktəbi bitirən Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və onlarla qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarına çevrilirlər.

Cəmiyyətimizin təhsil və maarifçilik tarixində dönüş nöqtəsi olan qızlar məktəbi illər keçsə də xatırlanacaq, nəsildən-nəslə əvəzsiz nümunə kimi yad ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031