azturkxeber.az
http://azturkxeber.az

Respublika Hərbi Prokurorluğu ilə birgə maarifləndirici tədbir keçirilmişdir

07-10-2025

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsində “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” və “Hərbi xidmət əleyhinə olan cinayətlər” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Respublika Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər dini radikalizmin dövlət təhlükəsizliyinə, ictimai-siyasi sabitliyə, habelə ordu sıralarında nizam, intizam və vətənpərvərlik ruhuna mənfi təsirləri barədə ətraflı danışmışlar.

Dini radikalizmin səbəblərinə toxunularaq qeyd edilmişdir ki, bu prosesin kökündə təhsilsizlik, dini biliklərin yanlış mənbələrdən əldə olunması, sosial-iqtisadi amillər və düşmən qüvvələrin təxribatçı fəaliyyətləri dayanır. Azərbaycan dövləti hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verir və dini dözümlülük mühitini dünyaya nümunə olaraq təqdim edir.

Tədbirin davamında hərbi xidmət əleyhinə olan cinayətlər barədə vacib məsələlər şəxsi heyətin diqqətinə çatdırılmış, hərbi xidmətin təkcə fiziki bacarıq və fədakarlıq deyil, eyni zamanda ciddi hüquqi məsuliyyət tələb edən vəzifə olduğu, əmrə tabe olmama kimi hərəkətlərin yalnız fərdi məsuliyyət yaratmadığı, eyni zamanda xidmət kollektivinə və dövlətin müdafiə qabiliyyətinə ciddi ziyan vurduğu bildirilmiş, bu cür hüquq pozuntularına qarşı mübarizədə birgə səyin vacibliyi xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda şəxsi heyəti maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031