azturkxeber.az
http://azturkxeber.az

Pəri xanımın sehrli xalçaları” kitabı və animasiya filminin təqdimatı keçirildi

07-10-2025

Oktyabrın 7-də XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının birgə layihəsi olan “Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova və muzeyin Uşaq şöbəsinin müdiri Təranə Əliyeva çıxış edərək qonaqlara layihənin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, nəşrin, həmçinin animasiya filminin əsas qayəsi uşaqları Azərbaycan xalçalarının gözəlliyi, rəngarəngliyi və zəngin koloriti ilə tanış etmək, milli mədəni irsimizi onlara sevdirmək, ənənələri qorumağın vacibliyini diqqətə çatdırmaqdır.

Qeyd edək ki, Leyla Leysanın müəllifi olduğu nağıl Azərbaycan və rus dillərində işıq üzü görüb. Sevimli nağıl qəhrəmanı ilə tanış olmaq istəyən hər kəs “Pəri xanımın sehrli xalçaları” kitabını muzeyin mağazasından əldə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031