azturkxeber.az
http://azturkxeber.az

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 27,8 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib

07-10-2025

Möhtəşəm Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 27,8 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Onlardan 13,3 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 13,2 min şəxs isə münasib işlərlə təmin edilib.

Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1,3 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031