azturkxeber.az
http://azturkxeber.az

Kişinevdə Mariya Biyeşunun 90 İlliyinə Həsr Olunmuş Beynəlxalq Opera Festivalı Keçirilib

07-10-2025

Moldovanın paytaxtı Kişinevdə dünya opera sənətinin görkəmli simalarından olan Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı baş tutub. Müxtəlif ölkələrin tanınmış opera səhnələrinin ulduzlarını bir araya toplayan festivalda 12 ölkədən 20 xüsusi qonaq - Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Holland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilib. Cüzeppe Verdinin “Bal maskarad” operası ilə başlanan festivalın proqramında təqdim olunan “Yevgeniy Onegin”, “Sevgi şərbəti”, və “Turandot” kimi böyük səhnə əsərləri ilə bərabər "Don Kixot” və “Romeo və Cülyetta” baletləri də festivalda xüsusi maraqla qarşılanıb. Festivalın ən gözlənilən hadisələrindən biri 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri C. Puççinin “Turandot” operası oldu. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada Fransadan dəvət olunmuş soprano Kristel di Marko və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaqüstə alqışlarla qarşılanıb. Moldova Milli Opera Teatrının müğənniləri, xoru və simfonik orkestrinin iştirakı operaya daha da rəng qatıb. Tamaşada Azərbaycanın Moldovada Fövqəladə və Səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova Milli Opera Teatrının direktoru Nikolau Doxotaru, Milli Filarmoniyanın müdiri Svetlana Bivol və Moldova Radio Simfonik Orkestrinin bədii rəhbəri Georgiy Mustya dinləyicilərin arasında xüsusi qonaq qismində iştirak ediblər. Festival 5 oktyabrda təntənəli qala konsert proqramı ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031