azturkxeber.az
http://azturkxeber.az

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib

07-10-2025

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyət müzakirə edilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizat və kadr hazırlığı ilə bağlı yanaşmalar müzakirə olunaraq vahid strategiyanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində əhaliyə göstəriləcək əhatəli, əlçatan və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibbi xidmətin planlaşdırılması, strateji hədəflər və fəaliyyət istiqamətində müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşib və müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, İşçi qrup Azərbaycan Prezidentinin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031